APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib.
O bildirib ki, “ASAN xidmət”in xüsusi texniki avadanlıqlarla təchiz olunmuş səyyar avtobusları həmin rayonlara göndərilir: “İlin sonuna kimi Azərbaycanın bütün ərazilərində səyyar avtobus xidmətlərimizdən istifadə etmək mümkün olacaq”.