Bank Of Baku

“Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir” mövzusunda tədbir keçirilib
# 08 may 2013 12:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Milli QHT Forumu tərəfindən “Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir” mövzusunda tədbir keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli azərbaycanlıların tarixən üzləşdiyi soyqırım və deportasiyalardan danışaraq bildirib ki, bunlardan ən dəhşətlisi 1988-ci ildə soydaşlarımızın tarixi ərazilərindən çıxarılması olub. Tarix boyu azərbaycanlıların deportasiya və soyqırımına hüquqi-siyasi qiymət verilmədiyinin deyən Ə. Ələkbərlinin sözlərinə görə, ilk dəfə olaraq Heydər Əliyev bu istiqamətdə böyük işlər görüb: “Heydər Əliyev 31 mart soyqırımı ilə əlaqədar fərmanlar imzaladı və bu tarixi fakta hüquqi qiymət verildi”.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə H. Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bu tədbirləri H. Əliyev siyasi irsinin araşdırılması istiqamətində bir şans kimi qiymətləndirib. O qeyd edib ki, XX əsrdə Azərbaycan xalqı bir çox dahilər yetişdirsə də, dövlətçilik və siyasi baxımdan H. Əliyevin xidmətləri əvəzsizdir: “Onun yenidən hakimiyyətə qayıtması ölkədə baş verən müəmmalı hadisələrə aydınlıq gətirdi və faciələrdən xalqımızı xilas etdi. Onun deportasiya olunan qərbi azərbaycanlılarla bağlı verdiyi sərəncamlar xüsusi əhəmiyyət kəsb edir”.

 

Tədbirdə digər çıxışçılar da H. Əliyevin azərbaycanlıların deportasiyası və soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR