Bank Of Baku

Gürcüstanın idman və gənclərlə iş naziri Azərbaycanda səfərdədir

 Gürcüstanın idman və gənclərlə iş naziri Azərbaycanda səfərdədir
# 11 may 2013 15:37 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın idman və gənclərlə iş naziri Levan Kipiani mayın 11-də Azərbaycana gəlib. Azərbaycan Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

 

Səfər çərçivəsində qonağın Bakı şəhərinin idman infrastrukturu ilə və gənclərlə iş sahəsində bir sıra layihələrlə tanış edilməsi nəzərdə tutulur. L. Kipiani Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabınını ziyarət edəcək, Dövlət Bayraq Meydanında olacaq, Azərbaycan Gənclər və İdman Nazirliyində və Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlər keçirəcək.

 

Bundan başqa, qonağın taekvondo idman mərkəzi ilə tanışlığı və “İdeya” kampaniyası çərçivəsində “Yer kürəsi uşaqların gözü ilə” adlı, uşaqların beynəlxalq fotomüsabiqəsinin yekun tədbirində iştirakı nəzərdə tutulub.

 

Levan Kipianinin səfəri mayın 13-dək davam edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR