Ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.
***
16:31
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib. DİM-dən APA-ya verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.