Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı aprelin 27-də keçiriləcək.
APA-nın xəbərinə görə, bunu AMEA Rəyasət Heyətinin bugünkü iclasında Akademiyanın prezidenti, akademik Akif Əlizadə bildirib. AMEA prezidenti qeyd edib ki, yığıncaq üçün ehtiyat gün olaraq aprelin 29-u seçilib.
A.Əlizadə aidiyyəti məsələlərin təmin olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.