Bank Of Baku

Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin III Beynəlxalq QHT forumu keçirilir

Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin III Beynəlxalq QHT forumu keçirilir
# 01 may 2013 12:50 (UTC +04:00)

Bakı-APA. Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin III Beynəlxalq QHT forumu öz işinə başlayıb. APA-nın məlumatına görə, foruma 11 ölkədən 70 nümayəndə qatılıb. Azərbaycanı forumda Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

Forumunun birinci hissəsinə “EkoAvrasiya” jurnalının rəhbəri Hikmət Ərən rəhbərlik edib. Forumu giriş sözü ilə açan Azay Quliyev bu tədbirin Ankarada gerçəkləşdirilməsində göstərdiyi səyə görə Türkiyənin millət vəkili İsmayıl Safiyə təşəkkür edib.

 

A. Quliyev bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri QHT-lərinin III beynəlxalq forumu yüksək səviyyədə təşkil edilib. Deputat diqqəti 27 noyabr 2012-ci ildə bu forumun Bakıda keçirilən ikinci toplantısına çəkib və qeyd edib ki, o zaman Bakıda  bəyannamə qəbul edilib, sədr seçilib və Nizamnamə müzakirə olunub.

 

“Bəyannamədə göstərildiyi kimi, QDİƏT –də fəaliyyət göstərən QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına və ölkələrin inkişafına kömək göstərilməsi müsbət haldır. Qlobal dünyada QHT-lərin bütün məsələlərə təsir gücü böyükdür. QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında ölkələr arasında əhəmiyyətli rol oynayır. QDİƏT QHT-ləri enerji, ümumiyyətlə regionda həyata keçirilən əksər layihələrin daha da gücləndirilməsi üçün qarşılıqlı inam və etibarlı olması vacibdir”.

 

A.Quliyev bildirib ki, rəhbərlik etdiyi QHT Şurasının gələcəkdə xarici QHT-lərin də layihələrini dəstəkləmək niyyəti var.

 

Sədr həmçinin III Forumdan böyük gözləntilərin olduğunu deyib: “Biz bu gün Nizamnaməmizi qəbul edəcəyik. Növbəti forumun keçiriləcəyi yeri müəyyənləşdirəcəyik. Ümid edirəm ki, forum iştirakçıları forumun inkişafı və daha da güclənməsi üçün böyük səylər göstərəcəklər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR