Bank Of Baku

Azərbaycan ərazisində yağış yağacaq, dolu düşəcək

Azərbaycan ərazisində yağış yağacaq, dolu düşəcək
# 16 may 2013 10:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı və Abşeron yarımadasında mayın 17-də  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz  16-21 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında mayın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 11-16, gündüz  18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Bakı və Abşeron yarımadasında normadan bir qədər aşağı atmosfer təzyiqi fonunda və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, digər biometeoroloji amillərin norma daxilində tərəddüdü müsbət amildir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR