Bank Of Baku

Azərbaycan Veteranlar Şurasının V Qurultayı keçirilib - YENİLƏNİB

Azərbaycan Veteranlar Şurasının V Qurultayı keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2013 13:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının V Qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda hesabat məruzəsi dinlənilib və gündəlikdə duran məsələlər müzakirə olunub.

 

Qurultayda Veteranlar Şurası və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Azərbaycan Veteranlar Şurasının sədri Əlövsət Baxışov yenidən Şuraya sədr seçilib.

 

Sonra Respublika Veteranlar Təşkilatının V Qurultayının Qətnaməsi qəbul edilib.

 

Sonda Veteranlar Şurası adından prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

Müraciətdə bildirilir ki, veteranlar qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

 

 

 

***

 

saat 14.10

 

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının V Qurultayı keçirilir. APA-nın məlumatına görə, qurultayda çıxış edən şura sədrinin 1-ci müavini Surxay Tağızadə təşkilatın hesabat dövründə gördüyü işlərdən danışıb. O bildirib ki, Veteranlar Şurası ölkədə vətəndaş cəmiyyətinin ən nüfuzlu təmsilçisi kimi 1742 ilk təşkilatı, 86 rayon və şəhər təşkilatını, Naxçıvan Muxtar Respublikası və 3 iri peşə sahəsi veteran təşkilatını özündə birləşdirir: “Şura MDB Veteranlar Təşkilatının Əlaqələndirmə Şurasının və Dünya Veteranlar Şurası kimi beynəlxalq təşkilatların işində də fəal iştirak edir”.

 

S. Tağızadə deyib ki, Azərbaycan veteranları prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun simasında öz gələcəklərinə ümidlə baxırlar, buna görə də qurultay qarşıdan gələn prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləyəcək.

 

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev şuranın fəaliyyətini yüksək qiymətləndirərək bəyan edib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, xalqın rifah halının yaxşılaşmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına veteranlarımız öz töhfəsini veriblər: “Dövlət veteranların əməyinə böyük qiymət verib. Dövlətin veteranlarla bağlı siyasəti bizim hökumətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərdən birini təşkil edib. 9 May gününün qeyd edilməsi və bu ənənənin qorunub saxlanması hər bir veteranın ürəyincədir və bu ənənə davam etdiriləcək. Veteranlar öz vətəndaşlıq, dövlətçilik mövqeyi ilə ölkədə aparılan siyasətə dəstək verirlər”.

 

Sonra Veteranlar Şurasının rayon təşkilatları sədrlərinin çıxışları dinlənilib.

 

Qurultay davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR