Qubada 11 yaşlı uşaq kanalda boğulub.
APA-nın məlumatına görə, hadisə rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, 11 yaşlı X.Məmmədov qardaşı ilə birlikdə Qudyalçaya çimməyə gedib. Bildirilib ki, bir müddət sonra sahildə arılar uşaqlara hücum edib.
Bu zaman X.Məmmədov ərazidəki su kanalına düşüb və orada boğulub.
11 yaşlı uşağın meyiti hadisə yerindən təxminən 5 kilometr aralıda, “Asma körpü” adlanan ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.