Bank Of Baku

Azərbaycanda 2345 səhiyyə mütəxəssisi sertifikasiya prosesindən keçib

Azərbaycanda 2345 səhiyyə mütəxəssisi sertifikasiya prosesindən keçib
# 26 noyabr 2012 09:21 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Bu günə kimi Azərbaycanda sertifikasiya prosesindən uğurla keçən və sertifikasiya şəhadətnaməsi alan səhiyyə mütəxəssislərinin sayı 2345 nəfər olub.

 

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından APA-ya verilən xəbərə görə, ümumilikdə keçirilən test imtahanında 3542 səhiyyə mütəxəssisi iştirak edib. Onlardan 60 baldan az toplayan səhiyyə mütəxəssislərinin sayı 240, 60 və daha çox bal toplayan səhiyyə mütəxəssislərinin sayı isə 3294 nəfər olub.

 

Sertifikasiya prosesində ən yüksək nəticə göstərənlər mama-ginekologiya, pediatriya, nevrologiya, şüa-diaqnostika və stomatologiya sahəsində çalışanlardır. Belə ki, mama-ginekologiya üzrə 94, pediatriya üzrə 86, nevrologiya üzrə 80, şüa-diaqnostika üzrə 73, stomatologiya üzrə 85 səhiyyə mütəxəssisi sertifikasiyadan uğurla keçib.

 

Nazirlik bildirir ki, həkimlərin sertifikasiyası prosesi hər zaman davam edəcək bir prosesdir və bunun nə vaxtsa dayandırılması gözlənilmir. Hər bir səhiyyə mütəxəssisi fəaliyyət göstərdiyi müddət ərzində hər 5 ildən bir sertifikasiyadan keçdikdən sonra fəaliyyətini davam etdirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR