Bank Of Baku

Azərbaycanda 5000 müəllim rəsmi elektron poçt xidmətindən istifadə edir

Azərbaycanda 5000 müəllim rəsmi elektron poçt xidmətindən istifadə edir
# 23 noyabr 2012 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda korporativ elektron poçt xidmətindən qeydiyyatdan keçmiş müəllimlərin sayı 5000 nəfərə çatıb. APA-nın xəbərinə görə, müəllimlər Təhsil Nazirliyi, “Microsoft Azərbaycan” şirkəti və “Mədəd Azərbaycan” təşkilatının birgə fəaliyyəti sayəsində “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində [email protected] elektron poçtu ilə təchiz olunmaqdadır.

 

Layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domeni adı altında açılıb. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyir. @teacher.edu.az elektron poçtu Dövlət Proqramı çərçivəsində təlimlərdən keçən, həmçinin “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin müəllimlərinə təqdim edilir. Artıq bir sıra məktəblərdə bütün kollektiv @teacher.edu.az elektron poçt xidmətinə keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR