Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda “Dövlət orqanlarında kadr siyasətinin inkişaf strategiyası” hazırlanıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli bildirib. Onun sözlərinə görə, bu layihə 2013-2015-ci illərdə dövlət orqanlarında kadr siyasətinin inkişaf strategiyasını özündə əks etdirir. Layihə artıq təsdiq edilməsi üçün Azərbaycan prezidentinə təqdim edilib.
Onun sözlərinə görə, strategiyada dövlət qurumlarında kadr siyasətinin inkişaf etdirilməsi ilə bağlı institusional əsasların inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluğunun gələcək inkişaf perspektivləri ilə bağlı yeni tənzimləmə institutlarının yaradılması, hüquqi-metodiki təkmilləşdirmə işlərinin həyata keçirilməsi, dövlət orqanlarında çalışan heyətin peşəkar bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.