Bank Of Baku

Azərbaycanda əmək fəaliyyəti üzrə qanunvericiliyə yeni təkliflər hazırlanıb

Azərbaycanda əmək fəaliyyəti üzrə qanunvericiliyə yeni təkliflər hazırlanıb
# 23 noyabr 2012 10:57 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı - APA. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək fəaliyyəti üzrə qanunvericiliyin daha da təkmilləşməsi üçün bir sıra yeni təkliflər hazırlayaraq hökumətə təqdim edib. Bu barədə APA-ya açıqlamasında DƏMX-nin rəis müavini Rauf Tağıyev məlumat verib.

 

O bildirib ki, hazırda bu təkliflərə baxılır. R.Tağıyevin sözlərinə görə, yeni təkliflər qəbul olunacağı təqdirdə, əmək müqaviləsi bağlanılmadan işə cəlb olunma halları minimuma enəcək.

 

“Yeni təkliflər əsasən işçi-işəgötürən münasibətlərinin müqavilə əsasında qurulmasına təminat verəcək. Bu sahə Azərbaycan üçün yenilik olacaq. Amma dünya praktikasında mövcud olan məsələləri sadəcə Azərbaycanda tətbiq etmək istəyirik. Bu inqilab deyil, bir az da təkmilləşmədir. Yeniliklərin qəbul olunması əmək fəaliyyətində sui-istifadə hallarının qarşısı almağa xidmət göstərəcək”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR