Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mayın 13-dək respublika ərazisində temperatur rejiminin 2-3 dərəcə yüksələcəyi gözlənilir. Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.