Bank Of Baku

Azərbaycanda muzdla çalışanların əmək haqqı 7% artıb

Azərbaycanda muzdla çalışanların əmək haqqı 7% artıb
# 09 sentyabr 2013 13:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 490,8 min nəfər olub və onlardan 894,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596,2 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,8%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,1%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 412,7 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,9% artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR