Bakı. Kəmalə Quliyeva – APA. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Almaniya Dağ Mədən Muzeyi ilə birgə Azərbaycanda qədim dağ mədən işi, metallurgiya və metalişləmə sənəti sahəsində arxeoloji araşdırmalar aparmağı nəzərdə tutub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə Almaniya Dağ Mədən Muzeyinin professoru Ünsal Yalçın, Arxeometallurgiya laboratoriyasının rəhbəri Michael Prange və fransız arxeometallurgiya üzrə mütəxəssisi Antoine Courcier Azərbaycan alimləri ilə birgə tədqiqat işləri aparmaq üçün qədim dağ mədəni işlərinin izləri olan xammal mənbələrinin müəyyən edilməsi sahəsində kəşfiyyat işlərinə başlayıblar.
Yaxın zamanlarda Tovuz rayonu ərazisindəki dağ mədənlərində də əsaslı tədqiqat işlərinə başlanılması nəzərdə tutulub.