Bank Of Baku

Azərbaycanlı deputat AŞ PA-da qaçqınlarla bağlı müzakirələrə qatılıb

Azərbaycanlı deputat AŞ PA-da qaçqınlarla bağlı müzakirələrə qatılıb
# 10 sentyabr 2013 07:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.

 

Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə deputat Rövşən Rzayev iştirak edir.

 

İclasda Avropadakı münaqişələr zamanı itkin düşmüş şəxslərin humanitar problemləri, İtaliyanın sahilboyu ərazilərinə miqrant axını, miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə, İordaniya, Türkiyə, Livan və İraqda Suriya qaçqınlarının problemləri, Avropaya Çinli miqrantların axını ilə bağlı yaranmış problemlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR