Bank Of Baku

Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTO

Bakı Ali Neft Məktəbi  Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - <span style="color: red;">FOTO
# 06 fevral 2013 08:50 (UTC +04:00)

 

Bakı – APA. Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapman tərəfindən 2013-2017-ci illər ərzində birgə mütəxəssis hazırlığı  üzrə əməkdaşlığa dair razılaşma imzalanıb. Bakı Ali Neft Məktəbindən APA-ya verilən məlumata görə, razılaşmanın məqsədi məktəbdə Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığını təşkil etməkdir.

 

Tədris proqramlarının Bakı Ali Neft Məktəbində tətbiqi 5 il müddətində Heriot-Vatt Universitetinin tədrisi idarəetmə strukturlarının  nəzarəti və pedaqoji heyətinin iştirakı ilə həyata keçiriləcək. Onlar tədrisin informasiya və metodiki təminatını, tədris prosesinin təşkilinə və biliklərin qiymətləndirilməsinə tam nəzarəti həyata keçirəcəklər.

 

Tədris prosesinin gedişində aralıq monitorinqlər hər iki ali məktəbin əməkdaşları tərəfindən birgə, semestr imtahanları isə Heriot-Vatt Universitetinin əməkdaşları tərəfindən keçiriləcək. Bu yolla pedaqoji heyətin tədrisdə, tələbələrin isə təhsildə motivasiyasının gücləndirilməsi təmin olunacaq.

 

Razılaşma çərçivəsində Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və s. proseslər Heriot-Vatt Universitetinin tələblərinə müvafiq həyata keçiriləcək və sözügedən proqramlar üzrə 2013-2017-ci illər ərzində bakalavriatda təhsil almış məzunlara Heriot-Vatt Universitetinin və Bakı Ali Neft Məktəbinin diplomları veriləcək.

Elmar Qasımov bildirib ki, belə yanaşma Azərbaycanda mühəndis kadrları hazırlayan müasir tipli ali təhsil müəssisəsinin yaradılmasının ən səmərəli yoludur, çünki bu, cəmiyyətin sosial sifarişinə tamamilə cavab verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR