Bank Of Baku

Bakı şəhəri üzrə Təhsil İdarəsi: Paytaxtda heç bir məktəbə hücum olmayıb

Bakı şəhəri üzrə Təhsil İdarəsi: Paytaxtda heç bir məktəbə hücum olmayıb
# 11 aprel 2013 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxtın Nizami rayonu ərazisində yerləşən 61 saylı məktəbdə baş verən xuliqanlıq hadisəsinə münasibət bildirib. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya açıqlamasında bildirib ki, idarənin tabeçiliyində olan məktəbdə əslində hadisə xəbərdə göstərildiyi kimi olmayıb: “Belə ki, həmin hadisə aprelin 9-da axşam saat 21:30 radələrində baş verib. Həmin vaxt Nizami rayonu 61 saylı orta  məktəbin ərazisindən Neftçilər metrosuna keçiddə iki nəfər tanımadığı şəxs həmin məktəbin X sinif şagirdi Ələkbərli Bəyaza yaxınlaşaraq onu hədələyib və mobil telefonu alıblar. Bunun məktəbə heç bir aidiyyəti yoxdur. Bakı şəhərində heç bir məktəbə hücum olmayıb. Sadəcə 61 saylı məktəbin X sinif şagirdi Ələkbərli Bəyaza qarşı xuliqanlıq hərəkətinə yol verilib. Araşdırma aparılıb və artıq həmin hadisəni törədən təqsirkarlar aşkarlanıb”.

 

Z. Əliqızı qeyd edib ki, bu hadisə təhsil ictimaiyyətində böyük rezonans yaradıb. Həmin məktəbdə 1500-ə yaxın şagirdin təhsil aldığını deyən idarə sözçüsü bildirib ki, artıq xəbər portallarında yayıldığı üçün valideynlər ciddi narahatçılıq keçirirlər: “Bu adi xuliqanlıq hadisəsidir, sadəcə məktəbin ərazisində baş verib. Amma burada heç bir məktəbə hücumdan söhbət getmir”.

 

Qeyd edək ki, bəzi xəbər saytlarının yaydığı məlumata görə aprelin 10-da saat 11 radələrində iki nəfər naməlum şəxs 61 saylı orta məktəbə gəlib. Həmin şəxslər həmin məktəbin 10-cu sinif şagirdi Ələkbərli Bəyaz Hikmət oğlunu vəhşicəsinə döyüblər. Daha sonra məktəblinin mobil telefonunu götürən gənclər məktəb ərazisindən uzaqlaşıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B. Ələkbərli xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları, həmin gənclərin orta məktəbə hansı səbəbdən gəlməsi hələlik məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR