Bank Of Baku

Bakıda “Bərabər təhsil imkanları - müxtəlif bacarıqlar” mövzusunda beynəlxalq tədbir keçirilir - FOTOSESSİYA

Bakıda “Bərabər təhsil imkanları - müxtəlif bacarıqlar” mövzusunda beynəlxalq tədbir keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2013 08:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda Azərbaycan Tələbələr Birliyi Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə “Bərabər təhsil imkanları - müxtəlif bacarıqlar” adlı beynəlxalq tədbir keçirilir.

 

APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd yaşından, cinsindən, maliyyə və fiziki vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinə bərabər səviyyədə təhsil imkanlarının yaradılması yolları, fiziki qüsurlu şəxslər üçün təhsil imkanları ilə bağlı müzakirələr aparmaq və son nəticədə hər bir insanın başlıca hüququ olan təhsil hüququndan istifadə imkanları barədə təkliflər hazırlamaqdır.

 

Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədilə tədbirə Gürcüstan, Ukrayna, Rumıniya, Moldova, Xorvatiya, Polşa, İtaliya və Albaniya kimi ölkələrdən iştirakçılar dəvət olunub. Təlim kursu Gürcüstan və Macarıstandan olan beynəlxalq təlimçilər tərəfindən aparılır.

 

Müxtəlif seminarlarda iştirak edən iştirakçılar həm mövzu ilə bağlı öz ölkələrinin təcrübələrini bölüşür, həm də müxtəlif təkliflərlə çıxış edirlər. Sonda təlim kursu ərzində hazırlanmış müxtəlif təkliflər müvafiq qurumlara təqdim ediləcək.

 

Qeyd edək ki, təlim mayın 12-də başlayan tədbir mayən 20-dək davam edəcək. Layihə Azərbaycan Gənclər və İdman Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR