Bank Of Baku

Baş nazirin müavini Əli Həsənov Bərdədə olub

Baş nazirin müavini Əli Həsənov Bərdədə olub
# 08 may 2013 13:37 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bərdədə yeni salınan məcburi köçkün şəhərciyində aparılan tikinti işləri ilə maraqlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, o, icraçı qurumların rəhbərləri ilə görüşündə bildirib ki, tikinti işlərində çalışan usta və fəhlələrin əmək haqları vaxtında ödənilməlidir. Həmçinin isti havalarda işçi qüvvəsinin sağlamlığını nəzərə almaq barədə ciddi göstəriş verib. İnşa edilən 15 beşmərtəbəli binanın tikintisini nəzərdən keçirən Əli Həsənovun sözlərinə görə, hazırda Gəncə şəhərində və Bərdə ərazisində salınan qəsəbələr bəzi infrastrukturlarının mövcudluğu ilə indiyədək salınmış qəsəbələrdən fərqlənir. Komitə sədri bildirib ki, icraçı tikinti şirkətlərinin işi diqqətlə yoxlanılıb. Bundan sonra da məcburi köçkünlər üçün inşa olunan bütün yaşayış binaları və başqa obyektlərin inşası tam nəzarət altında saxlanılacaq. Yaxın zamanlarda Bərdə ərazisində daha bir qəsəbənin inşasına başlanacaq. Hazırda bu prosesin reallaşdırılması üçün tədbirlər görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR