BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda "Holokost həftəsi" təşkil edir.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və "Holokostun uşaqları" adlı sənədli filmin nümayişi keçiriləcək.
Tədbirlər ADA Universiteti, Binəqədi rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.