Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarının təyinatı dəyişdiriləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 2016-2020-ci illərdə torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsi məqsədi ilə istismarçı təşkilatların təsərrüfat məqsədləri üçün istifadələrində saxlanılması zəruri hesab olunmayan və rekultivasiya tələb edən boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarında inventarlaşdırma işləri aparılaraq müvafiq
təkliflərin hazırlanmasını həyata keçirməlidirlər.
Boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarının təyinatı dəyişdiriləcək
13 iyul 2016 17:07 (UTC +04:00)
Sosial
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olunub - FOTO
15:40
22 may 2024