Bank Of Baku

Bu il Azərbaycanda 411 şagird respublika fənn olimpiadalarının qalibi olub

Bu il Azərbaycanda 411 şagird respublika fənn olimpiadalarının qalibi olub
# 12 aprel 2013 14:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013-cü il ərzində Azərbaycanda 411 şagird respublika fənn olimpiadalarının qalibi olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 92, Azərbaycan tarixi fənni üzrə 59, Riyaziyyat fənni üzrə 61, Fizika fənni üzrə 45, Kimya fənni üzrə 51, Biologiya fənni üzrə 90, İnformatika fənni üzrə 13 şagird olimpiada qalibi seçilib.

 

Təhsil naziri Misir Mərdanov respublika fənn olimpiadalarının qalibləri haqqında əmr imzalayıb. Əmrə əsasən 2013-cü il respublika fənn olimpiadalarının I-III yerlərin qalibləri müvafiq surətdə diplomlarla, həvəsləndirici IV yeri tutanlar isə tərifnamə ilə təltif olunacaqlar. Bundan əlavə, rayon təhsil şöbələri, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı təmin edilməklə fənn olimpiadalarının qalibləri ilə görüşlər keçirilməli və ictimaiyyətlə əlaqə şöbəsi əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etməlidir.

 

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR