Bank Of Baku

Çevik Polis Alayında “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda kitab sərgisi keçirilib

Çevik Polis Alayında “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda kitab sərgisi keçirilib
# 30 aprel 2013 16:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda kitab sərgisi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

 

Ramil Usubov sərginin təşkilinin Heydər Əliyev irsinin təbliği baxımından mühüm təşəbbüs olduğunu bildirib və buna görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkür edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR