Bank Of Baku

Dövlət Gömrük Komitəsində Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Dövlət Gömrük Komitəsində Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 may 2013 10:55 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü həsr olunmuş tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə DGK-nin sədri Aydın Əliyev, Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə və Komitə işçiləri iştirak ediblər.

 

Tədbirdən öncə yığıncaq iştirakçıları Heydər Əliyevin 90 illiyi münasibətilə Mərkəzi Elmi Kitabxana tərəfindən DGK-yə təşkil olunmuş «Heydər Əliyev irsi və onun tədqiqi» mövzusunda geniş ənənəvi virtual sərgi ilə tanış olublar. Sonra Komitədə Heydər Əliyevin yubileyi münasibətilə mərasim keçirilib.

 

Tədbiri giriş sözü ilə açan A.Əliyev bildirib ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyev dövlətin təməlini təşkil edən bütün sahələrdə inkişafa nail olunması üçün köklü islahatlar həyata keçirib. Belə sahələrdən biri də gömrük xidmətidir ki, müstəqil Azərbaycanda bu sistem də Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşıb və inkişaf edərək bugünkü mərhələyə çatıb: «Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafındakı rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Belə ki, gömrük sisteminin ilk növbədə fəaliyyət istiqamətlərini müəyyən edən gömrük siyasətinin formalaşdırılması başlıca məqsəd idi; vətəndaşlarla gömrük orqanları arasında qarşılıqlı münasibətləri nizama salan qanunvericiliyin formalaşdırılması üçün Azərbaycanın ilk Gömrük Məcəlləsi qəbul edildi, gömrük orqanlarının normal fəaliyyət göstərməsi üçün maddi-texniki baza yaradıldı, infrastruktur imkanları yaxşılaşdırıldı. Eyni zamanda, gömrük işinə dərindən bələd olan və müsbət keyfiyyətlərə malik kadrlar bu sistemə cəlb edildi, onların səmərəli fəaliyyət göstərməsi istiqamətində stimullaşdırıcı addımlar atıldı».

 

A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanın bütün iqtisadi sərhədləri lazımi səviyyədə qorunur, daxili bazarın inkişafının stimullaşdırılması, yerli məhsul istehsalının həcminin artırılması, ölkənin pul-valyuta tənzimlənməsinin həyata keçirilməsində gömrük orqanlarının rolu ildən-ilə artır: «Ölkə ərazisində gömrük işinin təşkil edilməsi və onun həyata keçirilməsi üçün daha səmərəli metodlar işlənib hazırlanıb, mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsində daha effektiv metodlardan istifadəyə yer verilib».

 

Tədbirdə çıxış edən Z.Səmədzadə qeyd edib ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan inkişaf edib və bu gün onun yeritdiyi siyasət nəticəsində də Azərbaycan sürətlə inkişaf edir. Z.Səmədzadə həmçinin bildirib ki, təbii resursları zəngin olan müstəqil ölkələrin heç də hamısı Azərbaycan kimi inkişaf edə bilməyib.

 

Tədbir çərçivəsində, həmçinin DGK-nin bir qrup əməkdaşı Azərbaycanın dövlət başçısının sərəncamı əsasında mükafatlandırılıb.

 

Mərasimin sonunda tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR