Bank Of Baku

Dövlət Neft Fondunda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Dövlət Neft Fondunda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib
# 08 may 2013 14:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Fonddan APA-ya verilən məlumata görə, icraçı direktoru Şahmar Mövsümov Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası, Heydər Əliyevin əvəzolunmaz səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyəti, ölkədə aparılan mühüm sosial-iqtisadi islahatlardan bəhs edərək neft strategiyasının tərkib hissəsi olan Dövlət Neft Fondunun yaradılmasının da məhz H. Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

 

Ş.Mövsümov bildirib ki, "Əsrin müqaviləsi" imzalandıqdan sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artıb, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verilib, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsası qoyulub. Ş.Mövsümov deyib ki, neft strategiyasının mühüm tərkib hissələrindən birini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edib: “Bu baxımdan Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulmasını, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin tikilməsini xüsusi vurğulamaq olar. Milli neft strategiyasının uğurla reallaşması nəticəsində ölkənin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənib və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmağa başlayıb. Bununla əlaqədar neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu”.

 

Daha sonra tədbirdə çıxış edən Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

 

Tədbirin digər iştirakçısı, Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, rejissor Vaqif Mustafayev Heydər Əliyev dühasından bəhs edən filmləri haqqında danışıb. Sonda rejissorun H. Əliyevə həsr etdiyi yeni “Ata yolu” filmi ilk dəfə tədbir iştirakçılarına nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR