Bank Of Baku

Gənc alimlərin Beynəlxalq Bakı Forumunda 31 Avropa ölkəsindən 160-dan artıq gənc alim iştirak edəcək

Gənc alimlərin Beynəlxalq Bakı Forumunda 31 Avropa ölkəsindən 160-dan artıq gənc alim iştirak edəcək
# 08 may 2013 14:44 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu”nda 31 Avropa ölkəsindən 160-dan artıq gənc alim və ekspert iştirak edəcək. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Forum mayın 20-25-də GİN, AMEA, “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı və EURODOC – Avropa Gənc Alimlər Şurasının təşkilatı dəstəyi ilə keçiriləcək.

 

Forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropa gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir. Forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, plenar sessiya, eləcə də İqtisadiyyat və sosiologiya; Texniki elmlər; Tibb, Biologiya və Kimya; Yer Elmləri və Ekologiya; Tarix, fəlsəfə, mədəniyyət kimi elmi istiqamətləri əhatə edən paralel sessiyalar keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR