Bank Of Baku

Gəncənin dəqiq yaşını təyin etmək üçün arxeoloji qazıntılara başlanılıb

Gəncənin dəqiq yaşını təyin etmək üçün arxeoloji qazıntılara başlanılıb
# 10 may 2013 13:31 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşını təyin etmək üçün arxeoloji qazıntılara başlanılıb. Bu barədə APA-ya AMEA-nın Gəncə Elmi Bölməsinin direktor müavini Samir Pişnamazzadə deyib.

 

Onun sözlərinə görə, arxeoloji qazıntılar şəhərin Zurnabad adlanan qədim Gəncə ərazisində başlayıb: “Gəncə şəhəri tarixən 5 dəfə yerini dəyişib. İndiki Gəncə 5-ci Gəncə sayılır və 1606-cı ildə Şah Abbas tərəfindən salınıb. İlk iki Gəncə şəhəri zəlzələ nəticəsində yerini dəyişib. Onlardan biri İmamzadə türbəsi ətrafında, digəri isə indiki Goranboy rayonu ərazisində yerləşir. Hazırda qazıntılar Zurnabad kəndi ilə Gədəmiş kəndi ərazisindəki meşə sahəsində aparılır”.

 

S. Pişnamazzadə deyib ki, qazıntılar ABŞ-ın Smitson İnstitutu, Gəncə şəhər İcra hakimiyyəti və AMEA Gəncə Elmi Bölməsi tərəfindən təşkil olunub. Qazıntılar nəticəsində nümunələr götürülüb və yenidən ABŞ-a kimyəvi analizə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR