Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.
Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq tədbirlərdən biri bu gün start götürüb. Belə ki, gənclər və tələbələrin daha çox istifadə etdiyi metro nəqliyyat vasitəsinin “Elmlər Akademiyası” stansiyasında H. Əliyevin müxtəlif dövrlərdə gənclərə xitabən söylədiyi nəsihətamiz sitatlar metro yolunun hər iki istiqamətində çap edilərək divarlar boyunca vurulub.