Bank Of Baku

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2013 09:08 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib.

 

APA-nın məlumatına görə, Şurada qeydiyyata alınmış əsas fəaliyyət istiqamətləri gənclərlə bağlı olan QHT-lər və ekspertlərin iştirakı ilə gündəlikdə duran məsələlər müzakirə edilib.

 

Tədbiri giriş sözü ilə açan Şura sədri Nurəddin Mehdiyev gənclərin ictimai-siyasi həyatdakı rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı haqqında danışıb. O bildirib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, burada gənclər siyasəti ayrıca xətt olaraq həyata keçirilir: “Gənclər cəmiyyətin sosial, ictimai-siyasi həyatında mühüm keyfiyyətlərə malikdir. Bu gün yüzlərlə Azərbaycan gənci dövlətin səyi nəticəsində xarici ölkələrdə təhsil alır. Hazırda dövlət qurumlarında çalışan gənclərin sayı xeyli artıb. İnanırıq ki, builki prezident seçkilərində Azərbaycan gəncliyi öz seçimini inandığı namizədə, yəni prezident İlham Əliyevə verəcək”.

 

Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova çıxışında beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli hesabatlar hazırladığını söyləyib: “Amnesty İnternational”, “Human Rights Watch” kimi bir sıra beynəlxalq təşkilatlar Azərbaycan haqqında təhrif olunan faktlara əsaslanan hesabatlar hazırlayırlar. Hətta bəzən Dağlıq Qarabağ ayrıca ərazi kimi hesabatlara salınır. Bu cür hesabatlar Azərbaycanın inkişafından narahat olan müəyyən siyasi dairələrin maraqlarına xidmət edir”. G.Səfərova ölkənin daxili və xarici siyasətində əldə etdiyi uğurlar haqda da danışıb: “Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması hər şeyi açıq-aşkar ortaya qoydu. Biz gənclər olaraq prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti tam dəstəkləyirik”.

 

İclasda azərbaycançılıq ideologiyası və gənclərin formalaşması, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarına, vətəndaş cəmiyyətinin fəal hissəsi kimi gənclər təşkilatlarının reaksiyası, ünsiyyətin təşkili, fərdi inkişaf, gənclərin sosial fəallığı, ictimai həyatda iştirakı, o cümlədən gənclərin məsuliyyəti və ictimai-siyasi proseslər mövzusunda çıxış olub. Natiqlər güclü Azərbaycanın inkişaf etdirilməsi, təhlükəsizliyin təminatı üçün gənclərin prezident İlham Əliyevə dayaq olmağa çağırıblar.

 

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, o cümlədən gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər. Adıçəkilən şəxslər çıxışlarında gənclərin ictimai-siyasi həyatdakı fəal iştiraklarının aktuallığını bildiriblər.

 

Sonda İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi ilə bağlı Gənclərlə İş üzrə İctimai Şura adından bəyanat qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR