Bank Of Baku

Gürcüstanda və Rumıniyada Heydər Əliyevin 90 illiyi münasibətilə tədbirlər keçirilib - FOTO

Gürcüstanda və Rumıniyada Heydər Əliyevin 90 illiyi münasibətilə tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 10 may 2013 16:51 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün  Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin əməkdaşları və bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rəhbərləri Tiflis və Rustavi şəhərlərindəki parklarda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Heydər Əliyevin 90 illiyi münasibətilə M. F. Axundzadə adına  Mədəniyyət Mərkəzində Tiflis “İnterMedia” şirkətinin hazırladığı “Dostluğa çağırış” filminin nümayişi keçirilib. Tədbirdən sonra Azərbaycan səfiri Azər Hüseyn, rejissor Tengiz Txilava və Kvemo-Kartli qubernatorunun müavini Koba Kobiaşvili çıxış edərək Heydər Əliyev barədə ürək sözlərini söyləyiblər.

 

Qardabanidə də rayon rəhbərliyinin təşəbbüsü ilə Heydər Əliyevin 90 illiyi qeyd edilib.

 

Rumıniyanın paytaxtı Buxarest şəhərində də anma tədbiri keçirilib. Mərasim iştirakçıları ilk öncə Buxarestdəki Tey Parkı - Heydər Əliyev Xiyabanına toplaşıblar. Tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq Fond, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyi və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, türk-tatar icmasının üzvləri, Heydər Əliyev təqaüdçüləri, eləcə də Azərbaycansevər rumınlar iştirak ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR