Bank Of Baku

Kamran Musayev: “Azərbaycanda ürək transplantasiyasının aparılması istiqamətində işlər görülür”

Kamran Musayev: “Azərbaycanda ürək transplantasiyasının aparılması istiqamətində işlər görülür”
# 16 may 2013 10:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev keçirdiyi mətbuat konfransında deyib. K. Musayev bildirib ki, hazırda dünyada tapılan donorlar ürək transplantasiyası üçün gözləyən xəstələrin yalnız 5 %-nə kifayət edir. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində donor tapılmadığı üçün ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr həyatlarını itirir: “Transplantasiya kompleks bir əməliyyatdır. Bu əməliyyatı etmək üçün ölkənin qanunları buna icazə verməli, o cümlədən transplantasiya mərkəzi qurulmalıdır. Azərbaycanda da ürək transplantasiyasının aparılması istiqamətində işlər görülür. Bununla əlaqədar olaraq qanunvericilikdə müəyyən dəyişiklər edilməlidir. Mənim məlumatına görə, artıq bu istiqamətdə də Milli Məclisdə müvafiq işlər həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR