Bank Of Baku

Kürün aşağı axınında artım olub

Kürün aşağı axınında artım olub
# 26 noyabr 2012 09:14 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 55-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan MR çaylarında isə 50%-ni təşkil edir.


Noyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 139 m3/s, ongünlük normanın 75 faizini təşkil edir. Noyabrın 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir.

 

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm azalma, Şirvanda 1 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR