Bank Of Baku

Mahmud Kərimov: “AMEA-da ixtisarlar gözlənilmir”

Mahmud Kərimov: “AMEA-da ixtisarlar gözlənilmir”
# 06 fevral 2013 09:48 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Bu ilin yayına qədər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılacaq islahatlarla bağlı UNESCO ekspertlərinin Azərbaycana səfərə gələcəyi gözlənilir. Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib.

 

O deyib ki, UNESCO Azərbaycanda elmin infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı hesabatını tam tamamlamayıb və hesabatı təqdim etməyib: “İşləri başa çatdırmaq üçün UNESCO vəsait ayırmalıdır. Hələ ki, bu vəsait alınmadığından, səfər də ləngiyir. Azərbaycanda elmin infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar UNESCO ekspertlərinin öz təklifləri, təlimatları olacaq”.


M.Kərimov deyib ki, indidən AMEA-da gözlənilən dəyişiklərdən danışmaq tezdir: “UNESCO-nun AMEA-da islahatlar və ixtisarla bağlı təklifləri vardı. Amma hələ ki, yekun sənəd qəbul olunmayıb. Ona görə də bir söz deyə bilmərəm. Ümumilikdə AMEA-da bəzi təşkilatların birləşdirilməsi, hansısa təşkilatların ləğvi, yeni təşkilatların yaranması ola bilər”.

AMEA prezidenti deyib ki, hələlik Akademiyada ixtisarlar gözlənilmir: “Bu, çox mürəkkəb məsələdir. UNESCO normalarına görə, əhalinin hər 100 min nəfərinə təxminən 50 tədqiqatçı düşməlidir. Azərbaycanda isə bu rəqəm 30 və daha azdır. Bir az da ixtisar etsək, bu rəqəm daha da azalar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR