Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan şairəsi Məhsəti Gəncəvinin dünya arxivlərində saxlanılan əsərləri Azərbaycana gətiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə deyib. O qeyd edib ki, bu əsərlər daha çox Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə gətiriləcək. Hazırda M. Gəncəvinin əlyazmaları İngiltərə, Misir, Yunanıstan və Hindistan kitabxanalarında daha çoxdur.
Əsərləri ilə yanaşı, M. Gəncəvinin əsərlərinə çəkilmiş illüstrasiyalar və Almaniya, İngiltərə, Fransada onun haqqında nəşr olunmuş kitablar da ölkəyə gətiriləcək: “Məhsəti Gəncəvinin Gəncə və türk olması ilə əlaqədar şeirlərinə xüsusi fikir verilir. Çünki Nizami Gəncəviyə olduğu kimi, Məhsəti Gəncəviyə də İran tərəfindən iddialar var”.