Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların 20-liyini açıqlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, siyahıda 3 azərbaycanlı soyadı yer alıb.
Qonşu ölkədə Məmmədov ən geniş yayılmış 2-ci soyaddır. Bu soyadı 28 081 nəfər daşıyır. Əliyev soyadı isə 19 094 nəfərlə 4-cü yerdədir. Hüseynov ən geniş yayılmış 15-ci soyaddır ki, bu soyadı daşıyanların sayı 10 831 nəfər təşkil edir.
Gürcüstanda ən çox yayılmış soyad isə Beridzedir. Bu soyadı 29 068 nəfər daşıyır.
Məmmədov, Əliyev və Hüseynov soyadları Gürcüstanda ən çox yayılmış soyadlardandır
18 may 2018 16:12 (UTC +04:00)
Sosial
PISA üzrə II İSESKO Nazirlər Konfransı öz işinə başlayıb
09:27
13 may 2024
Bakıda Türkiyə vətəndaşı ölüb
09:09
13 may 2024
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verib - YENİLƏNİB
15:40
12 may 2024
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
15:26
12 may 2024