Bank Of Baku

Mərmərə Universitetinin müəllim-tələbə heyəti Azərbaycana gəlib

Mərmərə Universitetinin müəllim-tələbə heyəti Azərbaycana gəlib
# 04 may 2013 13:19 (UTC +04:00)

Bakı – APA-Economics. Türkiyənin Mərmərə Universitetinin müəllim və tələbə heyəti Azərbaycana elmi-praktik mübadiləyə gəlib. «APA-Economics»in məlumatına görə, müəllim və tələbə heyəti ilk olaraq «Azersun Holding»i ziyarət edib.

Hər zaman təhsilə verdiyi dəstəyi ilə seçilən şirkətlər qrupunun rəhbəri Abdolbari Goozal tələbələrlə görüşüb. Təşkil olunan proqramda çıxış edən A.Goozal ölkə iqtisadiyyatının inkişafından, sahibkarlıq mühitindən bəhs edərək, elmlə praktikanın vəhdətinin əhəmiyyətindən bəhs edib.

Sonra isə Mərmərə Universitetindən gələn heyət rəhbəri çıxış edərək «Azersun Holding»in Müşahidə Şurasının sədri A.Goozala elmə verdiyi dəstəyə görə təşəkkür edib. Ölkədə aparılan geniş tikinti-quruculuq işlərindən heyrətləndiklərini bildirən nümayəndə heyəti «Azersun Holding»in idarəetmə təcrübəsini təqdir ediblər. Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq mühiti barədə müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR