Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişikliklərə əsasən, sərnişin daşıma ilə bağlı avtonəqliyyat vasitələrini idarə edən sürücülərin yaş həddi 19-dan 21-ə qaldırılıb, avtonəqliyyatı idarəetmə təcrübəsi isə bir ildən iki ilədək artırılıb.
Bundan başqa, taksi minik avtomobillərinin sürücülərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıqların keçirilməsinin Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən aparılacağı müəyyən edilib.