Bakı. Kəmalə Quliyeva - APA. “İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanlara apteklərdə hələ də rast gəlinir. Bu, qərar qəbul edilənə qədər gətirilən dərman seriyalarıdır”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Avropanın inkişaf etmiş ölkələrinin dərman istehsalçıları da dərman qutularının içinə içlik vərəqələrini qoymağa başlayıblar: “Bu, sevindirici haldır. Əvvəldən də vurğulamışdıq ki, bu proses vaxt aparan işdir. Amma iyun ayının 1-dən ölkəyə içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların gətirilməsinə məhdudiyyət qoyulub. Bu sahədə çox müsbət irəliləyişlər əldə olunub. Sözsüz ki, neqativ hallara rast gəlinir. Yəqin ki, bu hallar qısa müddətdə aradan qaldırılacaq”.