Bank Of Baku

Nazirlər Kabineti “Yol hərəkəti haqqında” qanunun pozulmasına görə ödənilən cərimələrin yol polisi əməkdaşlarının maaşlarına əlavə olunması qaydalarını təsdiqləyib

Nazirlər Kabineti “Yol  hərəkəti haqqında” qanunun pozulmasına görə ödənilən cərimələrin yol polisi əməkdaşlarının maaşlarına əlavə olunması qaydalarını təsdiqləyib
# 11 iyul 2013 13:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti “Yol  hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrin 25%-nin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi qaydalarını təsdiq edib. APA-nın xəbərinə görə, aylıq vəzifə maaşlarına əlavə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin) büdcədənkənar vəsaitləri üzrə təsdiq edilmiş xərclər smetası dairəsində "Ştatda olan işçilərin əməkhaqqı" xərc paraqrafı hesabına ödənilir.

 

Qaydalara əsasən aylıq vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir və hər bir əməkdaşın əməkhaqqı kartına köçürülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR