Bank Of Baku

Nazirlər Kabineti "İcbari sığortalar haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qaydalara dəyişiklik edib

Nazirlər Kabineti "İcbari sığortalar haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qaydalara dəyişiklik edib
# 01 may 2013 07:43 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi qaydası"na dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik "İcbari sığortalar haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə edilib.

 

Dəyişikliyə əsasən "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi qaydası"nın 6.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı" sözləri çıxarılıb. Beləliklə, nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı prokurorluq işçisininin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar ödənilən nəqliyyat xərclərinə daxil edilməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR