Bank Of Baku

Nazirlər Kabineti gömrük nəzarətinin həyata keçririlməsinə dair tələbləri təsdiq edib

Nazirlər Kabineti gömrük nəzarətinin həyata keçririlməsinə dair tələbləri təsdiq edib
# 13 may 2013 07:51 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"i təsdiq edib. NK-dan APA-ya verilən xəbərə görə, tələblər Gömrük Məcəlləsinin 180.3-cü və 181.5-ci maddələrinə əsasən hazırlanıb. Müvəqqəti saxlanc anbarlarında Gömrük Məcəlləsinin 178.1.1-178.1.3-cü maddələrində nəzərdə tutulmuş xarici mallar, gömrük anbarlarında isə xarici mallar, habelə Gömrük Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq, daxili mallar yerləşdirilə bilər.

 

Müvəqqəti saxlanc və gömrük anbarları açıq və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. Açıq tipli anbarlardan istənilən şəxs istifadə edə bilər. Anbarlar üçün yerüstü bağlı tikililərdən və açıq meydançalardan istifadə edilir. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraitini tələb edən mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanılır.

 

Anbar sahibi anbarda yerləşdirilmiş malların uçotunu aparmalı və mallar üzrə hesabatı kağız üzərində yazılı və ya elektron formada 3 ayda bir dəfədən az olmayaraq gömrük orqanına təqdim etməlidir. Müvəqqəti saxlanc və gömrük anbarlarında gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir. Fors-major halları istisna edilməklə, gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük orqanlarının icazəsi əsasında gömrük anbarından müvəqqəti çıxarıla bilər. Anbar sahibi anbarın təsis edilməsi üçün verilmiş lisenziyanın şərtlərinə və tələblərinə riayət etməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR