GÜNÜN ŞƏRHİ
Yeni tədris ilinin ilk günü həm də xatirələr günüdür. Küçələrdəki tıxacdan başlamış, məktəbli formasında özü ağırlığında çantasını güclə sürüyən uşaqlara kimi hər şey bizə məktəb illərimizi xatırladır. “Bizim vaxtımızda belə çantalar yox idi”, “bizi məktəbə aparan kimi idi, ata-anamız işə, özümüz məktəbə gedirdik”, “bizim vaxtımızda ikinci növbə yox idi” və sair və ilaxır. Gördüyümüz hər şey bizə uşaqlığımızı, müəllimlərimizi, sinif yoldaşlarımızı xatırladır, seyr etdiyimiz kadrlarla məktəb illərimizi bir anlıq da olsa xatirələr qucağında yenidən yaşayırıq. Bu gün bu hissləri yenidən keçirdik. Bilik Günü bütün şagirdlərin, tələbələrin günü olsa da, hər şeydən əvvəl birinci sinfə gedən övladlarımızın bayramıdır. Bu il bu bayramdan bizə bir az artıq pay düşüb, bir sıra iş yoldaşlarımızın övladları ilk dəfə məktəbə gedib. Onların simasında bütün birinciləri təbrik edir, təhsildə uğurlar diləyirik. Bilik gününüz mübarək olsun!
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Sentyabr
15 sentyabr 2015 17:15 (UTC +04:00)
Sosial
Əksər rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
10:31
12 may 2024
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
07:17
12 may 2024
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
07:06
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024