Bank Of Baku

Qlazqo Universitetinin nümayəndə heyəti ADU-da olub - FOTO

Qlazqo Universitetinin nümayəndə heyəti ADU-da olub - <span style="color: red;">FOTO
# 11 aprel 2013 11:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Qlazqo Universitetinin Pedaqogika, İnnovasiya və Siyasət kafedrasının professoru və Avrasiya və Cənubi Asiya üzrə beynəlxalq şöbənin dekanı Vivienne Baumfildin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Regionşünaslıq və Beynəlxalq əlaqələr üzrə dekanı, dosent Məcid Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova iştirak edirdi.

 

Səməd Seyidov qonaqlara Universitetdə olan yeniliklər haqqında məlumat verib. Ayın sonunda açılacaq olan Çin Mərkəzi haqqında danışan rektor rektor ADU-nun beynəlxalq əlaqələrindən, Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlığından söz açıb. Qlazqo Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirən S.Seyidov gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

 

Qlazqo Universitetinin Pedaqogika, İnnovasiya və Siyasət kafedrasının professoru və Avrasiya və Cənubi Asiya üzrə beynəlxalq şöbənin dekanı Vivien Baumfild ADU ilə Qlazqo Universiteti arasında birgə layihələrin keçirilməsinin tələbələr üçün də faydalı olacağını bildirib.

 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əməkdaşlığın davam etdirilməsi, birgə layihələrin təşkili və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, görüşdə Qlazqo Universitetinin Ədəbiyyat və Etnologiya üzrə mühazirəçi Valentina Bold, Fənlərarası tədqiqatlar, elm və texnologiya məktəbinin professoru Sean Jonston, Beynəlxalq ofisin əməkdaşı Karolina Bodi də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR