Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda reklam qanunvericiliyinin pozulmasına görə cərimələrin miqdarı iki dəfə artırılıb.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 100 manatdan 150 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir. Dəyişikliyə əsasən, bu əməlləri törədən fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimələnəcək.
Reklamlarda yalan məlumatlardan istifadəyə görə cərimələrin miqdarı iki dəfə artırılıb
06 may 2016 12:52 (UTC +04:00)
Sosial
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024
Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - FOTO - YENİLƏNİB
13:36
19 may 2024