Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Müəllim İnstitutunda tələbələr üçün müəyyən qaydalara uyğun geyim forması tətbiq edilir. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı məlumat verib. Onun sözlərinə görə, institutun nizamnaməsində də göstərilib ki, tələbələrin geyim forması sadə, rahat və müasir olmalıdır: “Onlar qara klassik şalvar və kostyum geyinə bilərlər, amma cins şalvar, açıq-saçıq geyinilməsinə icazə verilmir. Bu vahid geyim demək deyil. Sadəcə, universitetdə müəyyən çərçivələr var və hər kəs də onlara riayət etməlidir. Gələcək üçün isə müəllimin də bir forması və siması olmalıdır. Ona görə də biz bu qaydaları tətbiq edirik və gələcəkdə bunlar davam etdiriləcək”.