Bank Of Baku

Respublikanın 47 mərkəzində 2000-dən artıq xəstə üzərində hemodializ seansları aparılır

Respublikanın 47 mərkəzində 2000-dən artıq xəstə üzərində hemodializ seansları aparılır
# 13 may 2013 12:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində bu xəstəlikdən əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması problemi öz həllini tapıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hər il respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

 

M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə böyrək köçürmə əməliyyatlarına başlanılıb. Artıq 14 belə əməliyyat icra edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR