Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 31 avqust 2015 10:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 110 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 51 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 17 m3/s olmaqla ongünlük normanın 25 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7 sm, Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma, Şirvanda 8 sm, Salyanda isə 15 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2014-cü il avqustun 31-də 307 sm), Şirvanda 221 sm (2014-cü il avqustun 31-də 152 sm), Salyanda 135 sm (2014-cü il avqustun 31-də 85 sm), Bankədə 165 sm (2014-cü il avqustun 31-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il avqustun 31-də 38 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR