Bank Of Baku

Rus bölməsinin abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb

Rus bölməsinin abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb
# 13 may 2013 12:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən mayın 19-da keçiriləcək Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsinin abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni komissiyanın saytında müvafiq bölməyə daxil olmaqla əldə edə bilərlər.

 

“Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap etmək üçün abituriyentlər iş nömrəsini, şifri və kodu müvafiq sahələrə daxil etməlidirlər. Bu zaman ekranda “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin yaddaş kitabçası”ndan çıxarışı əks etdirən sənəd təsvir olunacaq. Abituriyentlər bu sənədi çap etməlidirlər.

 

Qeyd edək ki, mayın 19-da  keçiriləcək Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində 8 mindən artıq abituriyent iştirak edəcək. Bu imtahanda iştirak etmək üçün abituriyentlərin ərizələri mayın 8-dək təsdiq etdiriblər. Mayın 8-dək ərizələrini təsdiq etdirməyən, hər-hansı səbəbdən imtahanda iştirak edə bilməyən, eləcə də “qeyri-məqbul” alan abituriyentlər iyunun 23-də keçiriləcək növbəti Azərbaycan dilli imtahanında iştirak edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR